Pekində mərasim meydanında Çin Xalq Azadlıq Ordusunun raketləri kamuflyajlı nəhəng yük maşınlarından ibarət karvanla izdihamın arasından yavaş-yavaş keçib. 11 metr uzunluğunda və 15 ton çəkidə olan bu raketlərin hər birinin üzərində hərflər və rəqəmlər yazılb: “DF-17”.
Çin bununla Dongfenq hipersəs raket arsenalını dünyaya tanıdıb. ABŞ bu silahların hazırlanmaqda olduğunun fərqində idi, lakin o vaxtdan bəri Çin bu sahədə sürətlə irəliləyib. Sürətləri və manevr qabiliyyətləri sayəsində – səs sürətindən beş qat daha sürətlidirlər – hətta müharibələrin baş vermə formasını belə dəyişə bilərlər. Məhz buna görə də bu silahların hazırlanması üzrə qlobal rəqabət getdikcə qızışır.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
