Almaniya kansleri Fridrix Merz deyib ki, Ukraynada sülhə nail olmaq üçün səbir lazımdır və bu, çətin olacaq.
Merz Xristian Demokratik İttifaqının Aşağı Saksoniyada keçirilən konqresində deyib: “Bu gün heç kim deməsin ki, biz yalnız silah təchizatını müzakirə edirik”. O qeyd edib ki, Ukraynada potensial sülh üçün səbir lazımdır. Eyni zamanda hər kəs bu işin həftələr, hətta aylar ərzində nə qədər çətin olacağını başa düşməlidir.
Biz ilk addımları atdıq dedi kansler. “Bununla belə, icazə verin, bir bənzətmə aparım: biz on kilometrlik seqmentdəyik və yəqin ki, ilk iki yüz metri keçdik”, –deyə Merz əlavə edib.
Qeyd edək ki, avqustun 15-də Alyaskadakı hərbi bazada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş baş tutub. Danışıqlardan sonra mətbuata açıqlama verən Putin Ukrayna münaqişəsinin nizamlanmasının sammitin əsas mövzusu olduğunu bildirib. Rusiya lideri həmçinin ikitərəfli münasibətlərdə səhifəni çevirməyə və əməkdaşlığı bərpa etməyə çağırıb və Trampı Moskvaya dəvət edib. ABŞ prezidenti öz növbəsində danışıqlarda əldə olunan irəliləyişi açıqlayıb, lakin tərəflərin razılığa gələ bilmədiyini qeyd edib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
