Bu gün:

Çin və Rusiyanın super silahları müharibələri dəyişə bilərmi?


Pekində mərasim meydançasında Xalq Azadlıq Ordusunun (PLA) raketləri nəhəng kamuflyajlı yük maşınlarından ibarət donanmanın üstündən yavaş-yavaş izdihamın arasından keçib. Hətta metr uzunluğunda və 15 ton ağırlığında, hər birində "DF-17" hərfi olan bu iynə iti raketlər hərf və rəqəmlərlə işarələnib. Beləliklə, Çin özünün Dongfeng hipersəs raket arsenalını dünyaya təqdim edib.

Bu, 2019-cu il oktyabrın 1-də Qələbə Günü paradı zamanı baş verib.  ABŞ artıq bu silahların inkişaf mərhələsində olduğunu bilir, lakin Çin o vaxtdan bu silahların inkişafında sürətlə irəliləyib. Onların sürəti və manevr qabiliyyəti - səs sürətindən beş dəfə çox - hətta müharibələrin gedişatını dəyişə bilər. Buna görə də bu silahların hazırlanması üzrə qlobal rəqabət qızışır.

Mənbə: BBC News

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et