Bu gün:

Tramp Çikagoya qoşun göndərib, İllinoys qubernatoru etiraz edib


ABŞ prezidenti Donald Tramp Çikagoya Milli Qvardiya göndərib. İllinoys qubernatoru Cey Bi Pritsker bunu “səlahiyyətdən sui-istifadə” adlandırıb və fövqəladə vəziyyət olmadığını bildirib.

Çikago meri Brandon Conson da qərarı əsassız sayıb, bunun gərginliyi artıra biləcəyini deyib.


Hazırda 2 minə yaxın əsgər Vaşinqtonda yerləşdirilib və onların silahlandırılmasına göstəriş verilib. Tramp isə bu addımın təhlükəsizliyi təmin etdiyini iddia edib.


ABŞ mediası yaxın həftələrdə 19 ştatda 1700-ə yaxın Milli Qvardiya əsgərinin yerləşdiriləcəyini yazıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et