Cənubi Koreya təsdiqləyib ki, bu həftənin əvvəlində sərhədi qısa müddətə keçən Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıb.
Şimali Koreya dövlət mediası atəşləri “qəsdən təxribat” adlandırıb və Seulu idarəolunmaz gərginliyə yol verməkdə ittiham edib.
Hadisə Cənubi Koreyanın yeni prezidenti Li Ce Myunun Tokio və Vaşinqtona səfəri ərəfəsində açıqlanıb. Son həftələrdə Pxenyan barışıq təşəbbüslərini rədd edib və sərt mövqeyini davam etdirib.
Cənubi Koreya ordusu bildirib ki, şimal əsgərləri hərbi demarkasiya xəttini keçib, lakin az sonra geri qayıdıb. Pxenyan isə Seulun pulemyotdan 10-dan çox xəbərdarlıq atəşi açdığını vurğulayıb.
İki ölkəni ayıran Neytral Zona (DMZ) gərginliyin tez-tez artdığı ərazidir. Burada pozuntular münaqişə riskini gücləndirib.
Koreya yarımadası 1953-cü ildən bəri sülh müqaviləsi imzalamayıb və tərəflər texniki olaraq hələ də müharibə vəziyyətində qalıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
