Bu gün:

AB komissarı Lahbib Qəzzada aclıq səviyyəsinin artdığını bildirib


Avropa komissarı Hadja Lahbib - ədalət, hazırlıq və böhranın idarə edilməsi üzrə komissarı Qəzzada vəziyyətin aclıq səviyyəsinə çatdığını bildirib və İsraili humanitar yardımların fasiləsiz və davamlı çıxışına icazə verməyə çağırıb.

Ləhbib ABŞ-də yerləşən X şirkətinin sosial media platformasında Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib. 

İnteqrasiya edilən Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən dərc edilən son hesabatı vurğulayan Lahbib, bölgədəki insanların aclıqdan öldüyünü vurğulayıb. Vəziyyətin hazırda aclıq səviyyəsinə çatdığına diqqət çəkən Lahbib, "İnsanlar aclıqdan ölür. Sentyabrın sonuna qədər hər üç adamdan biri aclıqla üzləşə bilər. Bu, zamanla yarışdır",-deyib.

Lahbib həmçinin, "İsraili humanitar yardımların fasiləsiz və davamlı çıxışına icazə verməyə çağırıram",- deyib. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi monitorinq təşkilatı IPC öz hesabatında bildirib ki, avqustun 15-də Qəzza şəhərindəki aclıq ağlabatan sübutlarla təsdiqlənib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et