NATO ölkələri son bir ayda Kiyevə 1,5 milyard dollar dəyərində ABŞ silahı verib.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, NATO-ya üzv ölkələr son bir ayda ABŞ-dan alınmış 1,5 milyard dollarlıq silahı Kiyevə verib və proses davam edir.
"Bizim dəstəyimiz sarsılmazdır və artmaqda davam edir".
Ruttenin sözlərinə görə, NATO ölkələri hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ordusunun sayını artırmağı və Ukraynanın Kiyevin nəzarətində olan hissəsində yeni müdafiə istehsalı müəssisələri qurmağı planlaşdırır.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
