Xarici işlər naziri Hakan Fidan Ciddədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclasına Türkiyənin İƏT XİNŞ dönəm sədrlik çərçivəsində sədrlik edəcək.

Gözlənilir ki, Fidan iclas çərçivəsində İsrailin Qəzzanı tamamilə işğal etməyə, iki dövlətli həlli mümkünsüz etməyə və fələstinliləri öz torpaqlarından sürgün etməyə yönəlmiş siyasətlərinin qətiyyən qəbul edilə bilməyəcəyini vurğulasın.
O, həmçinin Qəzzada dərhal atəşkəs elan olunmasının, mülki əhalinin qorunması və humanitar yardımların çatdırılması baxımından həyati əhəmiyyət kəsb etdiyini, İsrailin isə davam edən atəşkəs səylərini sabotaj etməyə davam etdiyini diqqətə çatdırsın. Bundan əlavə, beynəlxalq ictimaiyyətin buna imkan verməməli olduğunu və İsrail üzərində təzyiqi artırmasının vacibliyini qeyd etsin.
Mənbə:TRT Haber
Tərcümə etdi: Aysel Mirzəyeva
