Bu gün:

İsrail girov böhranı və Qəzza hücumu ilə bağlı yeni qərar qəbul edib


İsrailin Baş naziri Benyamin Netanyahu bütün qalan girovların azad olunması və müharibənin İsrail üçün qəbul edilə bilən şərtlərlə sona çatdırılması üçün danışıqların başladığını bəyan edib.

O, Qəzza diviziyasının qərargahına səfəri zamanı bildirib ki, nazirlər kabineti Qəzza şəhərinə genişmiqyaslı hücum planını da təsdiqləyib. Netanyahu qeyd edib ki, həm Həmasın məğlub edilməsi, həm də girovların azad olunması bir-biri ilə bağlıdır.


Həmas Qətər və Misir vasitəçilərinin təklif etdiyi 60 günlük atəşkəs planını qəbul edib, lakin Netanyahu bu təklifi rədd edib. İsrail yalnız bütün girovların eyni vaxtda azad olunması şərtilə razılaşacağını açıqlayıb.


IDF tibbi qurumlara və beynəlxalq təşkilatlara Qəzza şəhərinin bir milyon sakininin cənuba köçürülməsi ilə bağlı xəbərdarlıq edib. BMT isə intensiv bombardmanların çoxsaylı mülki itkilərə və dağıntılara səbəb olduğunu bildirib.


Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin başladığı 2023-cü ilin oktyabrından bəri azı 62 min nəfər həlak olub.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et