Bu gün:

Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək


BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrda işə başlayacaq.

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib. Dövlət başçısının sərəncamına, əsasən, xarici işlər naziri Sergey Lavrovu rəhbər təyin edib.

Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Sergey Verşinin, parlamentin beynəlxalq məsələlər üzrə komitələrinin rəhbərləri Qriqori Karasin və Leonid Slutski, həmçinin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya daxildir.

Bundan başqa, prezident Xarici İşlər Nazirliyinin yeni çağırış və təhdidlərlə məşğul olan idarələrinin, beynəlxalq təşkilatların, insan hüquqları, hüquqi məsələlər, silahların yayılmaması və silahlara nəzarət üzrə çoxtərəfli əməkdaşlıq idarələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti üzvlərinin müavinlərini təsdiq edib.


Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et