Trendyol Süper Liqasının 3-cü turunda keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Trendyol Süper Liqasının 3-cü turunun həyəcanı sabah, 23 avqust Şənbə, 24 avqust Bazar və 25 avqust Bazar ertəsi günü oynanacaq qarşılaşmalarla yaşanacaq. Sözügedən oyunlarda təyinat almış hakimlər bəlli olub. Liqanın 3-cü turunda keçirilməsi planlaşdırılan Konyaspor– Beşiktaş, Çaykur Rizespor–RAMS Başakşehir və Samsunspor–Kasımpaşa qarşılaşmaları isə Avropa oyunları səbəbilə daha sonrakı tarixə təxirə salınıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
