Bu gün:

İsrailin yeni hücumu Qəzza əhalisini köçməyə vadar edib


İsrail ordusunun quru əməliyyatına başlamasından sonra minlərlə fələstinli Qəzza şəhərini tərk edib. Şəhər kənarında mövqe tutan İsrail qoşunları intensiv bombardmanla hücumu genişləndirib.

BMT Baş katibi Antonio Quterreş dərhal atəşkəsə çağırıb və hücumun fəlakətə səbəb ola biləcəyini bildirib. Fransa prezidenti Emmanuel Makron da xəbərdarlıq edərək əməliyyatın regionu daimi müharibə dövrünə sala biləcəyini vurğulayıb.


HƏMAS İsrail Baş naziri Benyamin Netanyahunu “mülki əhaliyə qarşı müharibə aparmaqda” ittiham edib. Beynəlxalq Qızıl Xaç Komitəsi isə yeni köçlər və artan toqquşmaların humanitar böhranı daha da dərinləşdirdiyini açıqlayıb.


Qəzza Səhiyyə Nazirliyi bölgədə 62 mindən çox insanın həlak olduğunu bəyan edib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et