Bu gün:

NATO'dan Türkiye'ye teşekkür mesajı


NATO-nun baş katibi Mark Rutte 2026-cı ildə Ankarada keçiriləcək NATO Sammitinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edib.

NATO 2026-cı ildə Türkiyənin ev sahibliyi edəcəyi zirvə ilə bağlı baş katib Ruttenin açıqlamaları da daxil olmaqla bəyanat yayıb.

Rutte bəyanatında 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək NATO Zirvəsi ilə bağlı bu mesajı paylaşıb: "Bu tədbirə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm. 70 ildən çox güclü NATO müttəfiqi olaraq Türkiyə ümumi təhlükəsizliyimizə əvəzsiz töhfələr verib".

Rutte sammitin Prezident Kompleksində keçiriləcəyini qeyd edərək, liderlərin NATO-nun daha güclü,  ədalətli və təsirli bir müttəfiq olması üçün səylərini davam etdirəcəklərini, beləliklə də müttəfiqlərin birgə təhlükəsizlikləri üçün “ciddi çağırışlara cavab verməyə hazır olmalarını” təmin edəcəklərini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, NATO Zirvəsi 2026-cı ilin iyulunda Türkiyənin ev sahibliyi ilə Ankarada keçiriləcək.

Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et