Bu gün:

Yaponiyada məktəblərdə mobil telefon qadağası genişlənir


Yaponiyanın Təhsil Nazirliyi yeni qərar qəbul edərək orta məktəblərdə mobil telefon istifadəsini məhdudlaşdırıb. Qərara əsasən, şagirdlər dərs vaxtı telefonlarından yalnız təhsil məqsədilə istifadə edə biləcəklər. Digər hallarda cihazlar xüsusi şkaflarda saxlanılacaq.Rəsmilər bildiriblər ki, bu addım həm şagirdlərin diqqətini dərsə yönəltmək, həm də internet asılılığının qarşısını almaq üçün vacibdir. Valideynlərin bir qismi qərarı dəstəkləsə də, bəziləri uşaqların təhlükəsizlik baxımından hər zaman telefon daşımasının lazım olduğunu vurğulayır.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et