Donetsk vilayətinin cəbhə xəttində, Dobropillya yaxınlığında yeni səngərlər qazılır, dron hücumları davam edir və döyüşlərin səngiməsinə dair heç bir əlamət yoxdur.

Ukraynanın 150-ci kəşfiyyat və zərbə batalyonunun döyüşçüləri gündəlik reallıqla üz-üzədirlər: gecələr partlayıcı ilə təchiz olunmuş dronlar yığılır və buraxıldıqdan dərhal sonra ərazi tərk edilir. “Ən təhlükəli an dron havaya qalxandan sonradır – rus müşahidəsi dərhal aşkarlaya bilər,” – deyə əsgərlərdən biri bildirir.
Dobropillya davamlı bombardman altındadır. Yalnız son 24 saatda bölgədə 67 hücum qeydə alınıb. Rəsmi məlumatlara görə, Dobropillyada bir nəfər ölüb, üç nəfər yaralanıb; Kostiantynivkada isə üç nəfər həlak olub, dörd nəfər yaralanıb.
Batalyon komandiri, 32 yaşlı keçmiş hüquqşünas Denıs Bryjatıy siyasətdən uzaq olduğunu desə də, suallara cavabında açıq bildirir: Donetsk vilayətinin qalan hissəsini güzəştə getmək Ukrayna üçün uzunmüddətli fəlakətə çevrilə bilər.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
