Ağ Evdə keçirilən görüşdən sonra Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna və tərəfdaşları təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyib.

Böyük Britaniya Baş naziri Kir Starmerin rəhbərlik etdiyi “İstəkli Ölkələr Koalisiyası” sülhdən sonrakı dövrdə Ukraynanı qorumaq üçün mexanizmlər hazırlayıb.
Mümkün variantlara Ukraynanın hava məkanının Polşa və Rumıniya bazalarından qorunması, Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi daxildir. Quru qoşunlarının yerləşdirilməsi isə real hesab edilməyib, yardım əsasən təlim, kəşfiyyat və silah-sursatla məhdudlaşıb.
Ekspertlər bildiriblər ki, ABŞ iştirakı olmadan zəmanətlər güclü təsir göstərməyib. Tramp ABŞ-nin prosesdə iştirakını təsdiqləyib, amma Ukraynaya əsgər göndərilməyəcəyini açıqlayıb.
Mütəxəssislər hesab ediblər ki, zəmanətlər Rusiyanı çəkindirməyə yetərli olmalı, amma Moskvanı açıq qarşıdurmaya sövq etməməlidir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
