Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi görüşdən sonra tərəflər Ukraynada sülh prosesinə dair müsbət açıqlamalar veriblər.
Tramp əvvəlcə Zelenski ilə görüşüb daha sonra Avropa liderləri ilə bir araya gəlib. Sonda isə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Görüşlərdə atəşkəs ehtimalı, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri və Tramp, Putin və Zelenskinin birlikdə iştirak edə biləcəyi üçtərəfli görüş ehtimalı müzakirə olunub.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
