Ritmik Gimnastika Dünya Çempionatı sabah Braziliyada start götürəcək.
Türkiyə Gimnastika Federasiyasının məlumatına görə, Rio-de-Janeyro şəhərində keçiriləcək və 24 avqusta qədər davam edəcək yarışlarda fərdi kateqoriyada 77 ölkədən 104 idmançı, qrup kateqoriyasında isə 36 ölkədən 207 idmançı iştirak edəcək. Çempionatda Türkiyəni fərdi kateqoriyada Xədicə Gökçə Əmir, qrup kateqoriyasında isə Anika Raşitov, Arina Luniaşina, Aleyna Gürsoy, İrəm Sırcan, Mələk Duru Özən və Ksenia Luniaşina təmsil edəcək. Hazırlıqlarını başa vuran millilər artıq yarışların keçiriləcəyi Rio-de-Janeyro şəhərinə yollanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
