Bu gün:

Ceyhun Bayramovun Nepal XİN rəhbəri ilə telefon danışığı


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Nepalın xarici işlər naziri Arzu Rana Deuba arasında telefon danışığı aparılıb. 24media.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nepalın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı liderlər arasında keçirilmiş Sammitdə Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. 

Nazirlər iki ölkə arasında son illərdə ali və yüksək səviyyəli siyasi təmasların təqdirəlayiq olduğunu bildiriblər. Nepalın Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb. 

Bu il 30 illiyini qeyd etdiyimiz diplomatik münasibətlərin intensiv şəkildə inkişaf etdiyi, Nepala həyata keçirilmiş hökumət missiyasının, Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

 Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et