Bu gün:

Zelenski Ağ Ev görüşündən vaxt qazanıb


ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda görüşüblər. Fevraldakı gərgin danışıqlardan fərqli olaraq, bu dəfə tərəflər qarşıdurmadan qaçmağa çalışıblar. Zelenski Trampın diqqətini səliqəli geyimi və diplomatik çıxışları ilə cəlb edib.

Görüşdə əsas müzakirə mövzuları Ukraynaya təhlükəsizlik zəmanətləri və Zelenski ilə Putin arasında mümkün görüş olub. Zelenski danışıqlardan sonra təhlükəsizlik zəmanətlərini “müharibənin bitməsi üçün başlanğıc nöqtəsi” adlandırıb.


Ukrayna lideri, həmçinin, ABŞ ilə 90 milyard dollarlıq silah anlaşması, o cümlədən aviasiya və raketdən müdafiə sistemləri barədə danışıb. Zelenski əlavə edib ki, ABŞ Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarını da ala bilər.


O, həmçinin, Putinlə birbaşa görüşə hazır olduğunu, əgər Moskva razılaşsa, Trampın da bu görüşdə iştirak edə biləcəyini bildirib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva




Paylaş
Şərh əlavə et