Bu gün:

HƏMAS atəşkəs elan edib


HƏMAS mənbələri verdiyi açıqlamada "Qəzzada yeni atəşkəs təklifini bəyənirik" deyib.


Həmas vasitəçilərə Qəzza ilə bağlı son atəşkəs təklifini qəbul etdiyini bildirdi.

NƏ OLDU?

Avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib.

Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə Qəzza zolağının hamısını işğal etməyi hədəflədiklərini söylədi.

Bununla belə, Nazirlər Kabinetinin iclasından əvvəl işğal planı ilə bağlı mətbuatda çıxan xəbərlər hücumların mərhələli şəkildə həyata keçiriləcəyinə işarə edirdi.

İşğalın ilk olaraq Qəzza şəhərində başlayacağı, hücumların daha sonra mərkəz bölgədəki Fələstinli qaçqın düşərgələrinə qədər uzanacağı bildirilib.

Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et