Avqustun 18-də Ağ Evdə keçiriləcək görüş Ukraynanın gələcəyi və bütün Avropanın təhlükəsizliyi üçün avqustun 15-də Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən qat-qat əhəmiyyətli ola bilər.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü bütün mənfi gözləntiləri doğrultmuş kimi görünür. Atəşkəs, sanksiyalar, möhtəşəm açıqlamalar olmayıb.
Ukrayna və Avropa dünyanın iki aparıcı nüvə dövləti tərəfindən bağlı qapılar arxasında bağlanan sazişdən kənarda qalacaqmı?
Ukrayna və onun tərəfdaşları bunun qarşısını almağa çalışır. Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və digər liderlərin Ukrayna prezidenti Volodimir Zelenski ilə yanaşı Vaşinqtonda olması təkcə fevralın 28-də olduğu kimi Oval kabinetdə növbəti pusquların qarşısını almaq üçün deyil.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
