Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu başqa vaxta dəyişdirilib.

24media Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəbulun yeni tarixi avqustun 29-dur. Nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
İlhamə Nurəhmədova
