Bir çox Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Trampla görüşmək üçün bazar ertəsi Ağ Evə səfərində iştirak etməyə hazırlaşırlar.

Bazar günü Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Brüsseldə görüşündən sonra prezident Volodimir Zelenski bildirib ki, Rusiyanın strategiyası “anti-Avropa” olaraq qalır və qitə Moskvanın Ukraynada apardığı hərtərəfli müharibəni dayandırmaq üçün gələcək danışıqlarda birləşməlidir. İkisi arasında görüş bir sıra Avropa liderlərinin bazar ertəsi Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlara qatılacaqlarını elan etdikləri vaxta təsadüf edir.
"Avropanın 2022-ci ildə genişmiqyaslı müharibə başladığı zaman olduğu kimi, indi də ilk vaxtlarda olduğu kimi bir olması çox vacibdir", - Ukrayna lideri fon der Leyen ilə birgə mətbuat konfransında deyib. "Birincisi, biz qətlləri dayandırmalıyıq. Putinin tələbləri çoxdur, lakin biz onların hamısını bilmirik. Və əgər, həqiqətən, eşitdiyimiz qədər tələblər varsa, o zaman onların hamısından keçmək üçün vaxt lazımdır", - deyə o, bildirib.
Mənbə: Euronews
Tərcümə etdi: Asiman Vəliyeva
