Bu gün:

Zelenski-Tramp görüşündə Avropa liderləri də iştirak edəcək


Ukrayna prezidenti Vladimir Zelenski avqustun 18-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampa səfər edəcək. Avropa liderləri də görüşdə təkbətək iştirak edəcəklərini açıqlayıblar.

Trampın avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşü Ukrayna müharibəsində atəşkəs razılaşması olmadan başa çatıb.

Avropa liderləri Alyaska sammitindən əvvəl olduğu kimi, bazar günü, avqustun 17-də bu məsələni müzakirə etmək üçün yenidən bir araya gələcəklər. Onlayn iclasa Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz həmsədrlik edəcək.

İclasda Ukraynanın digər müttəfiqləri də iştirak edir. 30-dan çox ölkə Ukraynada nizamlanma və davamlı sülhün təmin edilməsinə yönəlmiş “istəklilər koalisiyasının” bir hissəsidir.

Mənbə: BBC News

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et