Von der Leyen “X” sosial media platformasında yazıb ki, Zelenski onunla birlikdə istəyənlər koalisiyasının telekonfransında iştirak etmək üçün Brüsselə uçacaq.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Brüsseldə Alyaskada keçirilən Rusiya-ABŞ sammitinə cavab olaraq birgə mətbuat konfransı keçiriblər.
Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Zelenski Brüsselə uçub və saat 14:30-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen Zelenski ilə birgə mətbuat konfransı keçirəcək.
Bu səfər bazar günü səhərə qədər Avropa Komissiyasının planlarına daxil olmayıb.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
