ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat verib ki, Poso şəhərinin 15 kilometr şimalında, yerli vaxtla saat 05:38-də 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“Antara News”un xəbərinə görə, İndoneziya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (BNPB) zəlzələdə 29 nəfərin yaralandığını açıqlayıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Agentlik həmçinin zəlzələdən sonra 10 afterşokun qeydə alındığını, ən güclüsünün 3,2, digərlərinin isə orta hesabla 2,0 bal gücündə olduğunu vurğulayıb.
BNPB sunami təhlükəsinin olmadığını bildirib. Yerli mətbuatda isə zəlzələnin gücünün 6 bal olduğu qeyd edilib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Solmaz Muradova
