Bu gün:

Zelenski Rusiyanın sülh prosesini çətinləşdirdiyini bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəsə razılaşmamasının müharibənin başa çatdırılmasını çətinləşdirdiyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə Zelenskini Moskva ilə sülh razılaşmasına razı salmağa çalışacağını açıqlayıb. Tramp bildirib ki, atəşkəs mərhələsini keçərək birbaşa daimi sülh sazişinə getmək istəyib. 


Zelenski isə real və davamlı sülh üçün əsas şərtlərin təhlükəsizlik təminatları və işğal olunmuş ərazilərdən aparılan uşaqların qaytarılması olduğunu vurğulayıb.


Putinin sammitdə Ukraynanın Donetskdən çıxması müqabilində cəbhələrin “dondurulması” təklif etdiyi iddia olunu. Lakin Zelenski Donbas üzərində nəzarətdən imtina etməyəcəyini açıqlayıb.


Avropa liderləri Zelenskisiz qərar qəbul olunmayacağını bəyan ediblər. Kiyev sakinləri isə Alyaskadakı sammitdən sonra özlərini “sarsılmış” kimi hiss etdiklərini bildiriblər.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et