Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada qadın və qızların aclıq təhlükəsi ilə üzləşdiyini bildirib.
UNRWA-nın ABŞ-da yerləşən X şirkəti İsrailin vəhşi hücumları və blokadası nəticəsində Qəzza zolağında yaranan böhranlarla bağlı sosial media platformasında açıqlama yayıb.
Açıqlamada, "Bir milyon qadın və qızın kütləvi aclıq təhlükəsi ilə üzləşdiyi bildirilir. Qəzzada qadın və qızlar yemək, su tapmaq üçün çölə çıxmaq kimi ciddi ölüm riskləri daşıyan sağ qalma üsullarına əl atmaq məcburiyyətindədirlər".
Bəyanatda beynəlxalq ictimaiyyətdən Qəzzaya qarşı blokadanın aradan qaldırılması və geniş humanitar yardımların göstərilməsinə çağırış edilib. Bildirilib ki, "Qəzza tarixinin ən ağır humanitar böhranlarından birini yaşayır. Aclıq şəraiti və İsrailin soyqırım hücumları iç-içədir. İsrail martın 2-dən etibarən bütün sərhəd keçidlərini bağlayıb, humanitar yardımların ölkəyə girişinin qarşısını alıb. İcazə verilən məhdud yardım aclıqdan əziyyət çəkən fələstinlilərin əsas ehtiyaclarını qarşılamaqdan geri qalır".
Qəzzada Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri İsrailin blokadası səbəbiylə aclıq və qida çatışmazlığından ölən fələstinlilərin sayının 108-i uşaq olmaqla 251-ə yüksəldiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı da Qəzzada əhalinin üçdə birinin günlərdir yemək yeyə bilmədiyini bildirib.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
