Bu gün:

Putinlə görüşdən sonra Tramp Ukrayna atəşkəsi ilə bağlı mövqeyini dəyişib


Donald Trump Ukraynada müharibəni müvəqqəti atəşkəslə deyil, daimi sülh sazişi ilə bitirməyin ən yaxşı yol olduğunu deyib.

ABŞ-nin sabiq prezidenti Donald Tramp Vladimir Putinlə görüşmək üçün Alyaskaya yollanıb. O, görüşdən atəşkəssiz ayrılmayacağını bildirib. Lakin sonradan sosial şəbəkədə paylaşdığı açıqlamada atəşkəslərin “çox vaxt davamlı olmadığını” qeyd edib.

BBC-nin Ukrayna müxbiri Ceyms Waterhouse yazır ki, Trampın ilkin atəşkəsi kənara qoymaq planı Kiyev və Avropadakı müttəfiqləri üçün zərbə sayıla bilər. Çünki atəşkəs onların əsas tələblərindən biri idi. 

Bu arada Zelenski bazar ertəsi Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edəcəyini açıqlayıb.


Mənbə: BBC

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et