Cenevrədə plastik çirklənməsinin azaldılması ilə bağlı beynəlxalq danışıqlar keçirilsə də, yekunda razılaşma əldə olunmayıb. Əsas mübahisə mövzusu ilkin plastik istehsalına məhdudiyyətlərin tətbiqi idi və ABŞ də daxil olmaqla neft-kimya dövlətləri bu tədbirlərə qarşı çıxıblar.

Görüşün nəticəsi danışıqların gələcəkdə davam etdirilməsi qərarı olub, çünki tərəflər fikir ayrılıqlarını aşa bilməyiblər. Ekoloqlar hesab edirlər ki, bu fürsətin əldən verilməsi XXI əsrin əsas ekoloji təhlükələrindən birinə qarşı qlobal tədbirlərin gecikməsinə səbəb ola bilər.
Mənbə: reuters
Tərcümə etdi: İbrahim Çobanlı
