Rusiya dövlət başçısı Çukotka vilayətinin qubernatoru Vladislav Kuznetsov ilə görüşüb. O, Putinə regionun iqtisadi və sosial vəziyyəti barədə məlumat verib.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Uzaq Şərqində yerləşən Çukotka vilayətinə işgüzar səfər edib. Bu, Rusiya liderinin səlahiyyət müddəti ərzində Çukotkaya ikinci səfəridir. O, ilk dəfə 2024-cü ilin yanvarında regiona səfər edib.
Xatırladaq ki, avqustun 15-də Alyaskadakı hərbi bazada Rusiya və ABŞ arasında sammit keçirilib. Danışıqlar üç saatdan çox davam edib və bir neçə formatı əhatə edib. Rusiya nümayəndə heyətinə Kremlin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff daxil olub.
Danışıqlardan sonra Putin mətbuata açıqlamasında bildirib ki, Ukrayna münaqişəsinin həlli sammitin əsas mövzusu olub. Rusiya lideri həmçinin ikitərəfli münasibətlərdə yeni başlanğıca və əməkdaşlığa qayıtmağa çağırıb. O, Trampı Moskvaya dəvət edib. ABŞ prezidenti öz növbəsində danışıqlarda əldə olunan irəliləyişləri açıqlayıb, lakin qeyd edib ki, hər iki tərəf hər şeydə razılığa gəlməyib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
