Danimarkanın Tinglev və Kliplev qəsəbələri arasında sərnişin qatarının relsdən çıxması nəticəsində çox sayda insanın yaralandığı bildirilib.
Milli mediada yayılan xəbərlərə görə, paytaxt Kopenhagendən Sonderborqa getməsi nəzərdə tutulan qatar sözügedən marşrut üzrə hərəkətdə olarkən relsdən çıxıb.
Polis açıqlamasında, qəza nəticəsində 1 nəfərin həyatını itirdiyini, çox sayda insanın yaralandığını, lakin dəqiq sayın hələlik məlum olmadığını bildirib.
Qeyd olunub ki, Almaniyadan təcili yardım maşınları gətirilib, itlər və dronlar axtarış-xilasetmə işlərinə cəlb olunub.
Hadisə yerindən paylaşılan görüntülərdə bəzi avtomobillərin də qəza ilə əlaqəli olduğu görünür.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
