Bu gün:

Tramp administrasiyası geri çəkilib, polis rəisi səlahiyyətlərini saxlayıb


Tramp administrasiyası Kolumbiya Dairəsi polis rəisi Pamela Smiti vəzifədən uzaqlaşdırmaq qərarını geri götürüb.

ABŞ Baş prokuroru Pam Bondi əvvəlcə DEA rəhbəri Terri Kolu “təcili polis komissarı” təyin edib. Şəhər rəhbərliyi bunu qanunsuz sayıb və məhkəməyə müraciət edib. Dinləmədən sonra Ədliyyə Nazirliyi əmri ləğv edib və Kol yalnız vasitəçi elan olunub.


Şəhərin baş prokuroru Brian Şvalb məsələni həll olunmuş hesab edib. Hakim Ana Reyes də mer Muriel Bouserin Ağ Evin göstərişlərini icra etməli olduğunu bildirib, amma administrasiya polisə tam nəzarət qura bilməyib.


Vaşinqtonda yüzlərlə hərbçi və federal agent yerləşdirilib. Bouser bunu “avtoritar addım” kimi qiymətləndirib.


Tramp cinayətkarlığın artdığını iddia edib, ancaq statistika əksini göstərib. Zorakı cinayətlər 2024-cü ildə son 30 ilin minimumuna enib və bu il də 26% azalıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et