Bu gün:

Tramp və Putin Ukrayna müharibəsini müzakirə ediblər


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin altı ildən sonra ilk dəfə Alyaskada görüşərək Ukraynadakı müharibənin dayandırılması məsələsini müzakirə edib.

Görüş ABŞ hərbi bazasında keçirilib və cəmi bir neçə saat davam edib. Tramp, Putinə şəxsi münasibətlərindən istifadə edərək atəşkəs razılaşması əldə etməyə çalışıb, lakin uğur ehtimalını “25%” kimi qiymətləndirib.


Ukrayna prezidenti Volodimir Zelenski danışıqlara dəvət edilməyib və bildirib ki, onun iştirakı olmadan qəbul edilən qərarlar “mənasız” olacaq. O, Donbasdan imtina etməyəcəyini vurğulayıb.


Rusiya tərəfi mövqeyini dəyişməyərək, Donetsk, Luqansk, Xerson və Zaporojye üzərində tam suverenlik, Ukraynanın NATO-ya qoşulmaması və silahlanmadan imtina etməsi şərtlərini irəli sürüb.


Analitiklərə görə, Alyaska görüşü tərəflərə bir araya gəlmək imkanı versə də, ortaq mövqe tapmaq çətinləşib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et