Türkiyə milli təhlükəsizliyi üçün təhdid olaraq gördüyü Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı son günlərdə mövqeyini sərtləşdirib.
Ankaraya görə, bunun əsas səbəbləri SDQ-nin Dəməşq rəhbərliyi ilə inteqrasiya əvəzinə getdikcə daha çox İsraillə əməkdaşlıq etməsi və Suriyada zorakılıq hallarının artmasıdır.
Türkiyə ilə Suriya arasında diplomatik təmaslar artdığı bir vaxtda iki ölkənin müdafiə nazirliklərinin ortaq təlim və məsləhət müqaviləsi imzalaması diqqət çəkib.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
