Bu gün:

Netanyahu Qəzzada bütün girovların birdəfəlik azad olunması üçün müzakirə aparıb


İsrailin Baş naziri Benyamin Netanyahu qeyd edib ki, Qəzzada atəşkəs səyləri bütün qalan girovların eyni anda azad edilməsinə istiqamətlənib. Əvvəlki plan isə 60 günlük atəşkəs və girovların mərhələli şəkildə azad olunmasını nəzərdə tutub.

Həmas nümayəndə heyəti “ilkin danışıqlar” üçün Qahirədə Misir rəsmiləri ilə görüşüb. Vasitəçilər qarşıdakı həftələrdə razılaşma imkanı gördüklərini vurğulayıb.


Ötən ay danışıqlar pozulduqdan sonra İsrail Qəzza zolağının tamamını ələ keçirmə planını açıqlayıb. İsrail mediasına görə, əməliyyatın oktyabradək başlaması gözlənilmir.


Bu arada, İsrailin hücumları nəticəsində son bir gündə azı 123 fələstinli həyatını itirib. Zeytun bölgəsində və Qəzza şəhərində çoxsaylı dağıntılar qeydə alınıb. “Əş-Şifa” və “Əl-Əhli” xəstəxanaları hücumlarda uşaqların da olduğu onlarla insanın həlak olduğunu açıqlayıb.


İsrail ordusu Zeytunda yeni əməliyyatlara başladığını və əməliyyat planının əsas çərçivəsini təsdiqlədiyini bildirib.




Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et