Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı keçirib.

Fidan Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qolu olan Xalq Müdafiə Dəstələrini (YPG) "Suriyada pozuculuq etməkdə" ittiham edib.
Nazir Hakan Fidan deyib: "Suriyada YPG-nin hiylələrini görmür deyilik. Artıq bizim üçün dözülməsi çətin olan proseslər müşahidə olunmağa başlayır". Fidan həmçinin bildirib ki, təşkilatın üzvləri Suriyanı tərk etməyib və əlavə edib: "Elə bilməsinlər ki, biz bunu görmürük".
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
