Bu gün:

Çanaqqala şəhər mərkəzində meşə yanğını baş verib


Çanaqqalanın mərkəz mahalına bağlı Dənizgöründü kəndi yaxınlığında yanğın baş verib. Hava və quru qrupları yanğınla mübarizəyə başlayıb. 

Saat 13:30 radələrində mərkəzi rayonun Dənizgöründü kəndi yaxınlığında meşə yanğını baş verib. Küləyin təsiri ilə alov böyüyüb.


Xəbərdarlığın ardından bölgəyə çox sayda Meşə Region Müdirliyi qrupları sövq edilib. Ekipajlar yanğına havadan və qurudan müdaxilə edir. 



Mənbə: TRT xəbər


Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et