Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs müqabilində Donbas bölgəsindən imtina etməyəcəyini bildirib. O, belə bir addımın Rusiyaya gələcək hücumlar üçün başlanğıc rolu oynayacağını vurğulayıb.

Zelenski bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin cümə günü Alyaskada keçiriləcək görüşü ərəfəsində verib. Tramp sülh sazişinin “bəzi ərazilərin dəyişdirilməsini” nəzərdə tuta biləcəyini deyib.
Rusiya qüvvələri son günlər Donetskin şərqində yerləşən Dobropillya yaxınlığında irəliləyərək qısa müddətdə 10 kilometr ərazi ələ keçirib. Zelenski hücumun bir neçə istiqamətdə baş verdiyini təsdiqləyib və həmin bölmələrin tezliklə məhv ediləcəyini qeyd edib.
O, Rusiyanın Zaporojye, Pokrovsk və Novopavlov istiqamətlərində yeni hücumlar planlaşdırdığını da açıqlayıb.
Ağ Ev Alyaska görüşünün Tramp üçün “dinləmə məşqi” olacağını bəyan edib. Ukrayna tərəfi sammitə dəvət almayıb. Zelenski bunu “ölü qərarlar” riski kimi qiymətləndirib və görüş yerinin seçilməsini Putinin “şəxsi qələbəsi” adlandırıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
