Bu gün:

ABŞ və Çin tariflərin artırılmasının qarşısını almaq üçün ticarət atəşkəsini uzadıb


ABŞ və Çin - dünyanın iki ən böyük iqtisadiyyatı bir-birinə qarşı tarifləri artırmağa hazırlaşmasına cəmi bir neçə saat qalmış ticarət atəşkəsini daha 90 gün uzadıb.Bazar ertəsi ABŞ Prezidenti Donald Tramp atəşkəsin 10 noyabradək davam etməsi üçün fərman imzalayıb, Pekin isə tariflərin dayandırılmasını uzatdığını açıqlayıb.

Bu o deməkdir ki, ABŞ Çin idxalına qoyduğu 30%-lik rüsumu saxlayacaq, Çin isə ABŞ mallarına tətbiq etdiyi 10%-lik tarifi davam etdirəcək.

Vaşinqton bu ilin əvvəlində Çin mallarına 145%-dək rüsum tətbiq edəcəyi ilə hədələyib, Pekin isə ABŞ məhsullarına 125%-lik gömrük vergisi ilə cavab verib. May ayında Cenevrədə keçirilən ticarət danışıqlarından sonra hər iki ölkənin tarif dərəcələri azaldılıb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et