ABŞ prezidenti Donald Tramp Vaşinqtonda cinayətin “nəzarətdən çıxdığını” bildirərək Milli Qvardiya qüvvələrinin şəhərə göndəriləcəyini və polis idarəsinin federal nəzarətə götürüləcəyini açıqlayıb.

Lakin mer Muriel Bouser cinayətlərin son 30 ilin ən aşağı səviyyəsinə endiyini deyib. Polis idarəsinin (MPDC) məlumatına görə, bu il zorakı cinayətlər 26%, qətllər 12%, quldurluq halları isə 28% azalıb. FBI və MPDC məlumatları fərqli olsa da, hər iki mənbə azalma olduğunu təsdiqləyib.
2023-cü ildə qətl göstəriciləri son 20 ilin ən yüksək səviyyəsinə qalxsa da, 1990-cı illərdə daha yüksək olub. 2025-ci ildə indiyədək 99 qətl qeydə alınıb.
Maşın qaçırma halları 2020-dən sonra artsa da, bu il 189 hadisə ilə ötən ildən xeyli azdır. İyuldan etibarən 17 yaşdan kiçiklər üçün gecə komendant saatı tətbiq olunub.
CCJ-nin araşdırmasına görə, Vaşinqtonda zorakı cinayət səviyyəsi ABŞ-nin digər böyük şəhərlərinə nisbətən yüksək qalsa da, azalma tendensiyası ölkə üzrə trendlə uyğunluq təşkil edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
