Bu gün:

Gicitkən niyə dərimizi bu qədər yandırır?


Gicitkən təbiətin ən kiçik, lakin ən sürətli “cəzalandırıcılarından” biridir. Dəri ilə təmasda olduqda bir neçə saniyə içində yanma, qaşınma və qızartı başlayır. Bəs bu qədər kiçik bir bitki necə belə güclü müdafiə sistemi yarada bilir və ən əsası, niyə bu qədər yandırır? Elm bu suallara cavab axtarıb və nəticələr olduqca maraqlıdır.

Bitkinin gövdə və yarpaqlarının alt hissəsini örtən uzun, incə, içiboş tükcüklər – iynələr – əslində xüsusi quruluşa malikdir. Onlar adi tük deyil, ucları saf silisiumdan ibarətdir. Dəri ilə təmas zamanı bu uclar qırılır və kiçik bir inyeksiya kimi işləyərək tərkibindəki kimyəvi maddələri birbaşa dəriyə yeridir. Bu kimyəvi qarışığın əsas komponentləri formik turşu, histamin, serotonin və asetilxolin kimi maddələrdir.

Histamin bədənin allergik reaksiyalarında rol oynayan bir maddədir və dəridə ani yanma, qızarma və qaşınmaya səbəb olur. Formik turşu isə qarışqaların da müdafiə mexanizmində yer alan yandırıcı bir birləşmədir. Məhz bu güclü kombinasiyadır ki, isırğan otunun kiçik bir toxunuşla belə kəskin yanma təsiri göstərməsinə səbəb olur.

Bitkilərdəki tükəbənzər quruluşlar – trixomlar – sanılandan daha çox funksiyaya malikdir. İsırğan otunun trixomları adətən iti, içiboş və toksik maye daşıyan formadadır. Təbiətdə bu strukturlar müxtəlif formalarda rast gəlinir: bəziləri ulduzvari, bəziləri yapışqan, bəziləri isə zəhərli uclara malik olur.

Trixomlar günəş şüalarına qarşı qoruyucu rol oynayır, su itkisini azaldır və bəzən torpaqdan mineral maddələrin sorulmasına kömək edir. Ətcil bitkilərdə isə bu quruluşlar hətta ov tutmaqda da iştirak edir. Gicitkən isə bu sistemin ən uğurlu nümunələrindən biri olaraq təmas zamanı həm fiziki, həm də kimyəvi müdafiə yaradır. Bu xüsusiyyəti ilə həm xırda həşəratları, həm də iri ot yeyən heyvanları özündən uzaq tutur.

Gicitkənin dəridə bu qədər kəskin reaksiya yaratmasının səbəbi, iynəvari tükcüklərin sinir uclarını birbaşa stimullaşdıran maddələri dərialtına yeritməsidir. Histamin sinir uclarını qıcıqlandıraraq qaşınma və yanma hissini başladır. Bədənin müdafiə reaksiyası isə iltihabi cavab, qabarmalar və qaşınma şəklində özünü göstərir.

Gicitkənin böyüdüyü ərazilərdə tez-tez rast gəlinən quzuqulağı yarpağı isə təbii antihistamin tərkiblidir. Yarpağın əzilərək dəriyə sürtülməsi histaminin təsirini azaldır və yanma hissini yüngülləşdirir. Tərkibindəki oksalat turşusu isə isırğanın dəridə yaratdığı turş mühiti neytrallaşdırmağa kömək edir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et