Bu gün:

Qəzzada aclıqdan ölənlərin sayı artır


Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutka ərzində bölgədə aclıq səbəbindən 19 nəfər dünyasını dəyişib. Humanitar böhranın getdikcə dərinləşdiyi Qəzzada ərzaq çatışmazlığı kritik həddə çatıb.

Fələstin rəsmi agentliyi WAFA-nın məlumatına əsasən, İsrail hakimiyyəti işğal altındakı Qərbi Şəriənin Qəlqilyə bölgəsində, Jinsafut kəndində yerləşən 7 dönümlük fələstin torpağına əl qoyacağını açıqlayıb.

Fələstin İdarəsinə bağlı Divar və Qəsəbə Dirəniş Komissiyası bildirib ki, bu qərar bölgədəki iki qanunsuz yəhudi yaşayış məntəqəsi üçün hərbi yol çəkmək məqsədi daşıyır.

Komissiyanın yaydığı yarımillik hesabatda qeyd olunur ki, bu ilin əvvəlindən bəri Qərbi Şəriədə İsrail ordusu və yəhudi məskunlaşanlar tərəfindən fələstinlilərə və onların əmlakına qarşı 11.280 hücum qeydə alınıb.

Hesabatda o da bildirilir ki, Tel-Əviv rəhbərliyi bu müddət ərzində çıxardığı 36 fərqli qərarla 800 dönümdən artıq fələstin torpağını müsadirə edib.

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına qarşı hücumları davam etməklə yanaşı, işğal altındakı Qərbi Şəriə və Şərqi Qüdsdə də fələstinlilərə qarşı həbslər, basqınlar və zorakılıq halları artmaqdadır. Bu müddət ərzində İsrail əsgərləri və yəhudi məskunlaşanların hücumları nəticəsində azı 1001 fələstinli öldürülüb, təxminən 7.000 nəfər yaralanıb.

Mənbə: TRT

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et