Bu gün:

Vinisius Juniorun qırmızı vərəqə alması və dörd oyunluq cəzası gündəmdədir


“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior dörd oyunluq cəza alıb. Qərar onun “Barselona” ilə keçiriləcək “El Klasiko” matçında iştirakına mane olacaq.

24Media.az saytı BBC Sporta-a istinadən xəbər verir ki, Vinisius “Vilyarreal”la qarşılaşmada rəqib futbolçunun saçından çəkdiyi üçün qırmızı vərəqə alıb. İspaniya Futbol Federasiyasının intizam komitəsi hadisəyə görə ona iki, hakimə etirazına görə isə əlavə iki oyunluq cəza tətbiq edib.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo cəzanın Çempionlar Liqasında “Roma” ilə oyuna cəmi iki saat qalmış elan edilməsindən narazılığını bildirib. Vinisius isə qərara təəccübləndiyini və hakimi təhqir etmədiyini deyib.

O, hazırda ən yaxşı formasında olmadığını etiraf etsə də, yenidən uğurlu çıxış edəcəyinə və qollarının qayıdacağına əmin olduğunu bildirib.


Nazim Xeyirxəbərli

Paylaş