Alman avtomobil istehsalçısı Mercedes-Benz hava yastıqlarında olan nasazlıq səbəbindən dünya üzrə təxminən 223 min ticarət avtomobilini geri çağıracağını bildirib.

Almaniya Federal Avtonəqliyyat Agentliyinin (KBA) internet saytında yerləşdirdiyi siyahıya əsasən, Mercedes-Benz bu qərarı ilə 60 min 246-sı Almaniyada olmaqla, ümumilikdə 223 min avtomobili geri çağıracaq.
Siyahıdakı açıqlamada bildirilir ki, 2002-ci ilin dekabrı ilə 2006-cı ilin fevralı arasında istehsal olunmuş Viano və Vito modellərində "hava yastığının açıldığı qəzalar zamanı sərnişinlərin zərər görə biləcəyi" qeyd olunub.
Alman mətbuatındakı xəbərlərdə isə bu avtomobillərdə hava yastığı açılanda qaz generatorunun partlaya biləcəyi, bu halda hava yastığının artıq təhlükəsizlik təmin edə bilməyəcəyi və qaz generatorunun qopmuş hissələrinin sərnişinlər üçün xəsarət riski yaradacağı qeyd olunub.
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli
