Amerikalı komediyaçı Ellen DeGeneres ilk dəfə etiraf edib ki, ABŞ-dən köçüb Birləşmiş Krallığa yerləşməsinin əsas səbəbi Donald Trampın yenidən prezident seçilməsi olub. O və həyat yoldaşı Portia de Rossi 2024-cü ildə, Trampın qələbəsindən bir gün əvvəl İngiltərəyə köçüblər və Cotswolds bölgəsində ev alıblar.

Cheltenham şəhərində keçirilən bir tədbirdə DeGeneres deyib: “Burada hər şey daha yaxşıdır – heyvanlara münasibət, insanların nəzakəti, təmizlik... Sadəcə buranı sevirəm”.
DeGeneres 19 sezon davam edən məşhur verilişinin 2022-ci ildə bitməsinə səbəb olan iş mühiti qalmaqalına da toxunub və “Birbaşa və açıq danışan insanam. Bəzən bu, mənim kobud və ya ‘pis’ biri olduğumu düşünmələrinə səbəb olur” deyə bildirib. O, şounun bu şəkildə bitməsini “xoşagəlməz son” kimi dəyərləndirib.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
