Yaponiyada keçirilən seçkilərdə hakim koalisiya yuxarı palatada çoxluğu itirib. Baş nazir Şigeru İşiba isə istefa verməyəcəyini açıqlayıb.
LDP və tərəfdaşı Komeyto 50 yer lazım olduğu halda, yalnız 47 mandat qazanıb.
İşiba nəticəni “sərt siqnal” adlandırsa da, əsas diqqətinin ticarət danışıqları olduğunu bildirib.
Sağçı Sanseito partiyası bu dəfə seçkidə böyük uğur qazanıb. Onların anti-immiqrasiya və millətçi ritorikası LDP-nin səsvermə bazasına ciddi təsir edib.
Müxalifətin güclənməsi fonunda LDP daxilində liderlik uğrunda yeni yarış gözlənilir.
Ölkədə bahalaşma, siyasi qalmaqallar və əcnəbilərə qarşı artan narahatlıqlar seçki nəticələrinə təsir edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
