İsrail ordusu BMT-yə məxsus yardım maşınlarını gözləyən azı 67 nəfəri öldürüb - bu barədə məlumatı Qəzzanın HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyi verib.

BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib ki, İsraildən keçid məntəqələrini aşaraq Qəzzaya daxil olan 25 yük maşınından ibarət karvan “aclıqdan əziyyət çəkən böyük izdihamla qarşılaşıb” və həmin an atəşə tutulub.
İsrail Müdafiə Qüvvələri (IDF) isə hadisəyə münasibət bildirərək “birbaşa təhlükənin qarşısını almaq üçün xəbərdarlıq atəşi açıldığını” bildirib və ölənlərin sayının dəqiqliyini şübhə altına alıb.
Şənbə günü Qəzza Səhiyyə Nazirliyi ərazidə aclığın daha da artdığını, getdikcə daha çox insanın “aşırı yorğunluq və tükənmə vəziyyətində” səhiyyə ocaqlarına gəldiyini xəbərdar edib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
