Bu gün:

Zelenskidən Rusiyaya yeni danışıqlar təklifi


Zelenski Telegram hesabında paylaşdığı açıqlamada Rusiya tərəfi ilə əsir mübadiləsi mövzusunda danışıqların davam etdiyini bildirərək deyib: “İstanbulda keçirilən son görüşdə əldə edilən razılaşmaları yerinə yetirməyə davam edirik. Komanda hazırda başqa bir mübadilə üzərində işləyir".Zelenski Ukraynanın sabiq müdafiə naziri Rüstem Umerovun Rusiyaya üçüncü tur danışıqların gələn həftə keçirilməsi təklifini çatdırdığını qeyd edib və əlavə edib:

“Danışıqların dinamikası artırılmalıdır. Atəşkəsin təmin olunması üçün hər şey edilməlidir. Rusiya tərəfi qərarlardan yayınmağa son qoymalıdır”.

O, sülhün bərpası üçün liderlər səviyyəsində bir görüş keçirilməsinin vacibliyini vurğulayaraq deyib:

“Ukrayna belə bir görüşə hazırdır”.

Mənbə: TRT Haber

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et